Surə Əraf, Müqəddəs Quranın 7-ci surəsi, 206 ayədən ibarət Məkkə surəsi.
Qurani Kərim Allahın sənə nazil etdiyi bir kitabdır. Elə isə ona görə qəlbində heç bir sıxıntı və səkk-şübhən olmasın. Allah bu kitabı sənə insanları qorxutmaq, onlar üzərində hüccət qaldırmaq və möminlərə öyüd-nəsihət vermək üçün nazil etmişdir. Çünki öyüd-nəsihətdən faydalanan kimsələr məhz onlardır.