Surə əl-Həşr

Surə əl-Həşr, Müqəddəs Quranın 59-ci surəsi, 24 ayədən ibarət Mədinə surəsi.

Göylərdə və yerdə olan məxluqatın hamısı Allahın şənini uca tutur və Ona təriflər deyir. O, qüdrətlidir, heç kəsin Ona gücü çatmaz. O, yaratmasında, şəri qanunları təyin etməsində və qədəri yazmaq xüsusunda hikmət sahibidir.