Surə əl-Cin

Surə əl-Cin, Müqəddəs Quranın 72-ci surəsi, 28 ayədən ibarət Məkkə surəsi.

Ey Peyğəmbər! Ümmətinə de: "Allah mənə vəhy etdi ki, bir dəstə cin xurma bağları olduğu bir vadidə oxuduğum Quranı dinlədi. Sonra onlar öz qövmünün yanına qayıdıb onlara dedilər: "Həqiqətən, biz aydınlıq və fəsahət baxımından heyrətamiz bir kəlam dinlədik!