Surə əl-Mücadilə

Surə əl-Mücadilə, Müqəddəs Quranın 58-ci surəsi, 22 ayədən ibarət Mədinə surəsi.

Ey Peyğəmbər! Ovs ibn əs-Samit öz zövcəsini Xovlə bint Səaləbəni anaya bənzədərək onu özünə məhrəm saydığı zaman, əri barəsində sənə müraciət edən və ərinin etdiyindən Allaha şikayət edən Xovlənin sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir və bu söhbətdən heç nə Ona gizli qalmır.