Surə Fatihə

Surə Fatihə, Müqəddəs Quranın 1-ci surəsi, 7 ayədən ibarət Məkkə surəsi.

Quranı oxumağa Uca Allahın adını zikr etməklə Ondan yardım və xeyir-bərəkət umaraq başlayıram. Bismilləh ər-Rəhman ər-Rəhim sözü özündə Allahın üç gözəl adını ehtiva etmişdir. Bu adlar: 1- «Allah» yəni: İbadətə haqqlı olan. Bu ad Uca Allahın yalnız Ona məxsus olan adıdır və Allah Subhənəhudan başqası bu ad ilə adlanmaz.