Surə əl-Hücürat, Müqəddəs Quranın 49-ci surəsi, 18 ayədən ibarət Mədinə surəsi.
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Heç bir sözdə və ya hərəkətdə Allahdan və Onun rəsulundan önə keçməyin. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxun! Həqiqətən, Allah sizin söylədiklərinizi eşidir, etdiyiniz əməlləri də bilir.