Surə Maidə, Müqəddəs Quranın 5-ci surəsi, 120 ayədən ibarət Mədinə surəsi.
Ey iman gətirənlər! Xaliqinizlə öz aranızda və bir-birinizlə bağladığınız bütün əhdlərinizi yerinə yetirin. Sizə həcc yaxud ömrə ihramında ikən çöl ovu ovlamaq haram edilməklə yanaşı, haram olması sizə bildiriləcək heyvanlar da istisna olmaqla, Allah sizə rəhmət olaraq: dəvə, inək və qoyunu sizə halal etdi.