Surə ət-Təğabun, Müqəddəs Quranın 64-ci surəsi, 18 ayədən ibarət Mədinə surəsi.
Göylərdə və yerdə olan məxluqatın hamısı Allahın bütün naqis sifətlərdən uzaq olduğunu və Onun pak və müqəddəs olduğuna şahidlik edirlər. Mülk yalnız Ona məxsusdur və Ondan başqa hökmdar yoxdur. Gözəl təriflər də Ona məxsusdur. O, hər şeyə qadirdir və heç bir şey Onu aciz edə bilməz.