Surə Səba

Surə Səba, Müqəddəs Quranın 34-ci surəsi, 54 ayədən ibarət Məkkə surəsi.

Həmd, göylərdə və yer­də nə varsa ha­mısının - məxluqatın, hökmranlığın və işləri yoluna qoymağın sahibi olan Allaha məxsusdur! Axirətdə də təriflər pak və müqəddəs Allaha məxsusdur. O, yaratmaq və idarə etmək xüsusunda Hikmət sahibidir, üstəlik, Öz qullarının işlərindən Xə­bərdardır, heç bir şey Ondan gizli qalmaz.