Surə əl-Munafiqun, Müqəddəs Quranın 63-ci surəsi, 11 ayədən ibarət Mədinə surəsi.
Ey Peyğəmbər! Özlərini müsəlman kimi göstərən, küfrlərini isə gizlədən münafiqlər sənin məclisinə gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən, həqiqətən də, Allahın Rəsulusan! ” – deyirlər. Allah da bilir ki, sən, həqiqətən də, Onun Rəsulusan.