Surə Fatir

Surə Fatir, Müqəddəs Quranın 35-ci surəsi, 45 ayədən ibarət Məkkə surəsi.

Həmd, göyləri və yeri bənzəri olmayan bir şəkildə xəlq edən Alla­ha məxsusdur! O Allah ki, mələklərdən, əzəldən qədərə yazılmış əmrləri yerinə yetirmək və peyğəmbərlərə vəhyi çatdırmaq üçün elçilər seçmiş, üstəlik, onlara özlərinə həvalə edilmiş əmanəti ödəmək üçün qüvvət vermişdir.