Surə Bəqərə

Surə Bəqərə, Müqəddəs Quranın 2-ci surəsi, 286 ayədən ibarət Mədinə surəsi.

Əlif. Ləm. Mim. Qurani Kərimin bəzi surələri ərəb əlifbasının hərflərilə başlayır. Bu həriflər (əlif, bə tə və s. ) hərf olaraq tək yazıldıqda özlüyündə məna daşımasa da Qurani Kərimdə hikmətsiz heç bir şeyin olmadığı üçün belə ayələrin hikməti və mənası vardır.