Surə əs-Saff, Müqəddəs Quranın 61-ci surəsi, 14 ayədən ibarət Mədinə surəsi.
Göylərdə və yerdə olan məxluqatın hamısı Allahın şənini uca tutur və Ona təriflər deyir. O, qüdrətlidir, heç kəs Onu məğlub edə bilməz. O, məxluqatı yaratmaq, şəri qanun qoymaq və qədəri yazmaq xüsusunda hikmət sahibidir.