Surə İbrahim, Müqəddəs Quranın 14-ci surəsi, 52 ayədən ibarət Məkkə surəsi.
Bu Quran, Allahın istəyi və köməyi ilə insanları küfr, cəhalət və zəlalət çirkabından, iman, elm və hər bir şeydə həmd-sənaya layiq, kimsənin qalib gələ bilməyəcəyi İzzət sahibi olan Allahın yoluna, İslam dininə çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.